Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçının oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu qardan təmizlənir.
Sportinfo.az xəbər verir ki, hazıra arenanın ot örtüyünün matç üçün hazır vəziyyətə gətirilməsi ilə bağlı işlər davam edir.
Ötən gün arenanın ot örtüyü qar altında qalmışdı.
Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü qardan tamamilə təmizlənib.
Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” matçı bu gün saat 21:45-də başlayacaq.

