AFFA rəsmisindən Mahir Emreli ilə bağlı EHTİYATLI AÇIQLAMA

26 Yanvar 2022 13:00 Gündəm 1 623
AFFA rəsmisindən Mahir Emreli ilə bağlı EHTİYATLI AÇIQLAMA

Son günlər futbol camiəsini düşündürən əsas məsələlərdən biri Mahir Emrelinin düşdüyü durumdu.

"Legiya"da azarkeşlərin hücumuna məruz qalmasını əsas gətirən hücumçu komandadan ayrılmağa qərar verdi.

Az keçmədi ki, qərar ətrafında iki cəbhə yarandı. Bir kəsim Emrelinin qərarını dəstəklədisə, digər kəsim bütün olanlara rəğmən onun "Legiya"da qalmalı olduğunu bildirdi. Bəs Mahir üçün hansı qərar daha doğru olardı?

Sualımıza cavab tapmaq üçün AFFA-nın texniki direktoru Cahangir Həsənzadə ilə söhbətləşdik.

Sportinfo.az-a açıqlamasında ehtiyatlı danışmağı üstün tutan qurum rəsmisi bunları dedi: "Bəlkə də bir futbolçunun taleyinə münasibət bildirmək kənardan asan görünür. Amma mənim üçün bu, o qədər də məqsədə uyğun deyil.

Ona görə də suala geniş cavab verəsi deyiləm. Çünki istənilən qərar futbolçunun şəxsi qərarıdır. Biz də həmin qərara hörmətlə yanaşmalıyıq.

Nəsə deməyimizdən asılı olmayaraq, bir müddət sonra biləcəyik ki, Mahir Emreli verdiyi qərar doğrudur, yoxsa yox".

Digər Xəbərlər
Xəbər Lenti