
FIFA transferlərə məhdudiyyət qoymağı təklif edib.
Sportinfo.az xəbər verir ki, bu barədə ali futbol qurumunun Ruandada keçirilən 73-cü Konqresində yenidən prezident seçilən Canni İnfantino çıxışında deyib.
Oyunçuların transfer qiymətlərinin getdikcə artmasından narahatlığını dilə gətirən isveçrəli funksioner bildirib ki, limit tətbiq etməyi düşünürlər:
“Köçürmə məbləğləri və komissiyaların şəffaflığı üzərində işləməliyik. Xərcləmə limiti tətbiq etmək lazım ola bilər.
Bunu necə müəyyənləşdirmək barədə fikirləşməliyik. Bu məsələni FIFA üzvləri ilə müzakirə edəcəyik”.
FIFA 2023-cü ilin qış transfer pəncərəsində klubların ümumilikdə 1,57 milyard dollar xərc çəkdiklərini açıqlayıb ki, bu da rekord göstəricidir.