Bu gün AVRO-2020-də: Ukrayna məğlub oldu, Niderlanddan inamlı qələbə

21 İyun 2021 21:55 Gündəm 924
Bu gün AVRO-2020-də: Ukrayna məğlub oldu, Niderlanddan inamlı qələbə

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bunlardan ikisi B, digər ikisi isə C qrupunda gerçəkləşəcək.

B qrupunda Finlandiya Belçika ilə, Rusiya isə Danimarka ilə üz-üzə gələcək. Qrupda yalnız Belçika 1/8 final mərhəlsinə vəsiqəni təmin edib.

3 xala sahib komandalardan Rusiya və Finlandiya növbəti mərhələ üçün yaxşı nəticə qazanmalıdır.

Hər iki görüşdə uduzan Danimarka isə qələbə əldə etməli və ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

C qrupunda növbəti mərhələyə vaxtından əvvəl yüksəlmiş Niderland seçməsi 1/8 üçün şansı qalmayan Şimali Makedoniya ilə üz-üzə gələcək. İkinci yer uğrunda mübarizədə isə Ukrayna və Astriya görüşəcək.

III tur

B qrupu
23:00. Rusiya - Danimarka
Baş hakim: Kleman Türpen (Fransa)
Kopenhagen. “Parken” stadionu

23:00. Finlandiya - Belçika
Baş hakim: Feliks Brix (Almaniya)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu

Xal durumu: Belçika - 6, Rusiya - 3, Finlandiya - 3, Danimarka - 0

C qrupu

20:00. Ukrayna - Avstriya 0-1
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Buxarest. "Milli Arena"

20:00. Şimali Makedoniya - Niderland 0-3
Qollar: Memfis Depay, 24, Veynaldum, 51, 58 Baş hakim: İştvan Kovaç (Rumıniya)
Amsterdam. “Yohan Kroyf Arena”

Xal durumu: Niderland - 6, Ukrayna - 3, Avstriya - 3, Şimali Makedoniya - 0

Digər Xəbərlər
Xəbər Lenti