“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

18 Aprel 2021 14:50 Gündəm 1 721
“Ermənistana hücum Rusiyaya hücum deməkdir” - Paşinyan

Baş nazir Nikol Paşinyan ölkəsinin təhlükəsizlik sisteminin Ermənistan-Rusiya strateji və hərbi ittifaqına əsaslandığını bəyan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə o, Vayotszor bölgəsində sakinlərlə görüş zamanı bildirib.

"Ölkəmizin təhlükəsizlik sistemi Ermənistan-Rusiya strateji və hərbi-siyasi ittifaqına əsaslanır", - deyə Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, hazırda Ermənistan-Rusiya ortaq qoşun birləşməsi və Qafqaz bölgəsində vahid hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir:

"Bu razılaşmaların məntiqinə görə, Ermənistana hücum Rusiya Federasiyasına hücum deməkdir və burada bizim vahid təhlükəsizlik sistemimiz mövcuddur”.

Digər Xəbərlər
Xəbər Lenti