Millinin sabiq müdafiəçisini icarəyə götürdü - "Sumqayıt"ın rəqibi

10 İyul 2024 07:30 Hadisə 1 372
Millinin sabiq müdafiəçisini icarəyə götürdü - "Sumqayıt"ın rəqibi

Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Macarıstan təmsilçisi "Zalaeqerseq"dən Andras Husztu icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Macarıstan U-21 millisinin sabiq üzvü olan 23 yaşlı sağ cinah müdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Fehervar"da keçirəcək.

“Sumqayıt” və “Fehervar” arasında oyunlar iyulun 25-i və 31-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyul 18:10 Çək və bizə göndər!
14 İyul 03:40 Avropa çempionu Bakıda