"Məsuliyyəti biz daşıyırıq"

13 Avqust 2020 16:28 Güləş 634
"Məsuliyyəti biz daşıyırıq"

"Biz dünya miqyasında pandemiya ilə bağlı görülən tədbirləri izləməyə davam edəcəyik".

Sportinfo.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç belə deyib.

Bugünlərdə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin (İK) onlayn iclası keçirilib. Virtual toplantıda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib.

COVID-19 pandemiyasının davam etməsi səbəbindən İK səsvermə yolu ilə sentyabr-oktyabrda keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin, o cümlədən yeniyetmə və gənclər arasında Avropa çempionatlarının ləğvini məqsədəuyğun sayıb.

Ötən ay açıqlanan təqvimə əsasən, 5 - 11 oktyabrda Polşada yeniyetmələrin, 19 - 25 oktyabrda isə Şimali Makedoniyada gənclərin Avropa çempionatının keçirilməsi nəzərdə tutulmuşdu.

İK gələn ay növbəti iclasını keçirəcək və bu ilin yarış təqvimini bir daha müzakirə edəcək. Avropa və dünya çempionatlarında Azərbaycan güləşçilərinin də iştirakı nəzərdə tutulurdu.

Prezident qəbul edilmiş bu qərarları belə şərh edib: "İdmançılarımızın təhlükəsizliyinə və sağlamlığına qayğı göstərmək üçün məsuliyyət daşıyırıq. Uğurla rəqabət apara biləcəyimiz zamanda yenidən güləşməyə davam edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"