Qurban Qurbanov istəyini gizlətmədi: "Mənə maraqlı idi ki…"

25 Yanvar 11:20 Qarabağ 1 855
Qurban Qurbanov istəyini gizlətmədi: "Mənə maraqlı idi ki…"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya yollanıb.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Bundesliqanın lideri “Bayer”in düşərgəsində səfərdədir.

Ağdam təmsilçisinin baş məşqçisi Leverkuzen təmsilçisinin hazırlıq prosesini izləyib. Qurban Qurbanov “Bayer”in baş məşqçisi Xabi Alonso ilə də görüşüb.

Mütəxəssis səfərin məqsədini klubun rəsmi saytına saytına açıqlayıb:

“Çoxdan idi ölkə xaricində belə tədbirdə olmamışdım. “Bayer”in oyun üslubu və uğurlu nəticələri məni çox cəlb etdi.

Xabi Alonsonun iş prinsipləri çox maraqlı idi. O, zəngin futbolçu karyerası ərzində çox böyük məşqçilərin rəhbərliyi altında çıxış edib.

İspaniyalı mütəxəssis məşqçi fəaliyyətində qısa müddətdə kifayət qədər uğur qazanmağa nail olub.

Alonsonun özünün, vaxtilə onun oynadığı komandalarda çalışmış mütəxəssislərin iş prinsipləri ilə də maraqlanmaq istəyirdim”.

Qurbanov Almaniya səfərinin ilk gününü faydalı hesab edir:

“Bayer”in bugünkü məşqində iştirak etdim. Hazırlıq prosesindən sonra Alonso ilə görüşümüz oldu.

Onun futbolçu və məşqçi karyerası, çalışdığı məşqçilər Pep Qvardiola, Karlo Ançelotti, Joze Mourinyo və digərləri ilə bağlı söhbət etdik.

Futbolçu olduğu illərdə fərqli oyun fəlsəfələri olan mütəxəssislərlə çalışan ispaniyalı mənə onlar haqda geniş məlumat verdi. Həqiqətən çox faydalı görüş alındı”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!