Yığmamızdan iki medal

24 Noyabr 2019 14:57 Güləş 637
Yığmamızdan iki medal

Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, iki gün davam edən turnirdə məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub. Yığmamız turnirdə komanda hesabında üçüncü olub.

Digər Xəbərlər
Xəbər Lenti