Millimizin 16 üzvü Budapeştdə medal uğrunda yarışacaq - DÇ-2019

28 Oktyabr 2019 13:00 Güləş 609
Millimizin 16 üzvü Budapeştdə medal uğrunda yarışacaq - DÇ-2019

Bu gün Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Milli komandamızın üzvləri - Əfqan Xaşalov (57 kq) kubalı Reyneri Andreu Orteqa, Turan Bayramov (65 kq) Kanada güləşçisi Kristofer Morqan Misaak, Davud İbrahimov (70 kq) isveçrəli Mark Dietşe, Abubakar Abakarov (79 kq) isə Qırğızıstan təmsilçisi Atay İzabekov ilə qarşılaşacaq.

Noyabrın 3-nə qədər davam edəcək mundialda Azərbaycanı sərbəst güləşçilərdən Əfqan Xaşalov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Murad Süleymanov (74 kq), Abubakr Abakarov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Şamil Zubairov (92 kq), qadınların yarışında Türkan Nəsirova (50 kq), yunan-Roma güləşçilərimizdən isə Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Namaz Rüstəmov (67 kq), Sənan Süleymanov (72 kq), Tuncay Vəzirzadə (77 kq), Eltun Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti