İdmançımız erməniyə qalib gəlib dünya üçüncüsü oldu

23 Oktyabr 2019 19:05 Güləş 1 211
İdmançımız erməniyə qalib gəlib dünya üçüncüsü oldu

Azərbaycan Çinin Uxan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunlarının güləş yarışlarında ilk medalı qazanıb. Bu gün ölkəmizin 5 güləşçisi qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, bu uğura 67 kq-da mübarizə aparan yunan-roma güləşçimiz Mikayıl Rəhmanov imza atıb.

Yarımfinala qədər itkisiz irəliləyən güləşçimiz həlledici qarşılaşmaya gedən yolda ikiqat dünya və Avropa çempionu, rusiyalı Artyom Surkova məğlub olub. Rəhmanov bürünc medal uğrunda görüşdə erməni Şant Xaçatryana qalib gələrək Dünya Oyunlarında üçüncü yeri tutub.

Sərbəst güləşdə Mahir Əmiraslanov (57 kq) və Ağahüseyn Musafayev (74 kq), qadın güləşində Tatyana Varansova (53 kq), həmçinin yunan-Roma güləşində Murad Bazarov (60 kq) mübarizəni medalsız başa vurublar. Daha iki yunan-Roma güləşçimiz - Həsən Əliyev (77 kq) və Rafiq Hüseynov (87 kq) isə oktyabrın 24-də xalça üzərinə çıxacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti