Hacı Əliyev Rusiyada uduzdu

11 Oktyabr 2019 13:29 Güləş 736
Hacı Əliyev Rusiyada uduzdu

Rusiyada Dmitri Korkinin xatirəsinə həsr olunmuş güləş turnirinə start verilib. Sportinfo.az xəbər verir ki, sərbəst güləş üzrə milli komandamızın lideri Hacı Əliyev yarışda uğursuz çıxış edib.

Üçqat dünya çempionu 1/8 final mərhələsində gözlənilmədən Buryatiyanı (Rusiya Federasiyası) təmsil edən Daşa Şarastepanova uduzub. Hacının rəqibi 1/4 finalda məğlub olduğundan, güləşçimiz mübarizəni dayandırıb.

Qeyd edək ki, bu, Əliyevin Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatından sonra ilk yarışı idi. Həmyerlimiz mundialda qalmaqallı görüşdə Rusiya pəhləvanına uduzaraq, Olimpiya oyunlarına lisenziya ala bilməmişdi.

Digər Xəbərlər
Xəbər Lenti