Qitələrarası Kuboka gənclər gedəcək

10 Oktyabr 2019 16:25 Güləş 566
Qitələrarası Kuboka gənclər gedəcək

Azərbaycanın 12 sərbəst güləşçisi oktyabrın 11-dən Rusiyanın Xasavyurt şəhərində start götürəcək Qitələrarası Kubokda iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, 11-ci dəfə təşkil olunacaq ənənəvi yarışda ölkəni gənclərdən ibarət yığmanın məşqçiləri Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Mircəlal Həsənzadə, Tural Hüseynov (hər ikisi 61 kq), Vahid Əlizadə (65 kq), Vurğun Əliyev, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Coşqun Əzimov, Nadir Hacıyev (hamısı 74 kq), Rəşad Yusifli (79 kq), Roman Bəkirov və Rahid Həmidli (hər ikisi 125 kq) təmsil edəcək.

Beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev və Elgün Məmmədov 3 gün davam edəcək turnirdə ədaləti qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı