Millimizin baş məşqçisi qaranlıq məqamlara aydınlıq gətirəcək

24 Sentyabr 2019 17:23 Güləş 857
Millimizin baş məşqçisi qaranlıq məqamlara aydınlıq gətirəcək

Sərbəst güləş üzrə milli komandamızın baş məşqçi postuna əsas namizədin adı müəyyənləşib.

Bu, dağıstanlı mütəxəssis Ənvər Məhəmmədhacıyevdir.

Hazırda Dağıstanın gənclərdən ibarət yığmasında böyük məşqçi, Rusiya millisində məşqçi kimi çalışan 63 yaşlı mütəxəssis həm də Azərbaycan millisinin üzvlərindən Şərif Şərifov və Cəmaləddin Məhəmmədovun şəxsi məşqçisidir (report).

İndiyədək yığmamızda Ənvər Məhəmmədhacıyevin 14 yetirməsi çıxış edib. Onlar 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatı öncəsindən etibarən komandaya cəlb olunmağa başlayıblar.

Şərif Şərifov Avropa, dünya və olimpiya çempionudur. O, Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında 97 kq çəki dərəcəsində gümüş medal qazanıb. Hazırda 125 kq çəki dərəcəsində yer alan Cəmaləddin Məhəmmədov isə Avropa və dünya mükafatçısıdır.

Məhəmmədhacıyev yeni vəzifədə həmyerlisi Saypulla Absaidovu əvəzləyəcək. Sportinfo.az-ın məlumatına görə, Nur-Sultanda keçirilən dünya çempionatına yollanmayan Absaidov yaxın günlərdə Bakıya gələcək.

Dağıstanlı burada AGİN və federasiya rəsmiləri ilə görüşəcək. Maraqlıdır ki, bu dialoqun tərəfdarı da onun özüdür. O, "komandanı qoyub qaçdı" iddiasıyla razılaşmayıb və bütün qaranlıq məqamlara həmin görüşdə aydınlıq gətirəcəyini vəd edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı