Federasiya qadağa qoydu: Medalın yoxdursa, sus!

24 Sentyabr 2019 15:02 Güləş 786
Federasiya qadağa qoydu: Medalın yoxdursa, sus!

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən güləş üzrə dünya çempionatı başa çatdı. Yarışda uğursuz çıxış edən Azərbaycan idmançıları artıq vətənə qayıdıblar.

Sportinfo.az xəbər verir ki, mundiala 28 güləşçi ilə yollanan Azərbaycan yekunda cəmi 6 medal və 2 olimpiya lisenziyası qazana bildi.

Yekundan narazı qalan federasiya rəhbərliyi bu gün toplantı keçirib. DÇ-də medal qazanmayan güləşçilərə mətbuata danışmaq qadağası qoyulub. Media önünə yalnız mükafat əldə etmiş idmançılar çıxa bilər.

Yaxın günlərdə federasiyada məşqçilər və milli komandanın üzvləri ilə geniş tərkibdə görüş keçiriləcək, konkret addımlar atılacaq.

Digər Xəbərlər
Xəbər Lenti