Yığmamız 7-ci yeri tutdu

23 Sentyabr 2019 10:15 Güləş 514
Yığmamız 7-ci yeri tutdu

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən güləş üzrə dünya çempionatı başa çatıb. Yarışın son günündə kişi sərbəst güləşçilərimiz 2 medal qazanıblar. Sportinfo.az xəbər verir ki, həm Cəbrayıl Həsənov (79 kq), həm də Şərif Şərifov (97 kq) yalnız finalda udzaraq gümüş medal qazanıb. Şərif həm də Tokio Olimpiadasına lisenziyaya sahib çıxıb. Beləliklə, kişi sərbəst güləşçilərin yarışını 2 gümüş mükafatla başa vuran yığmamız ümumilikdə 50 xal toplayaraq komanda hesabında 7-ci yeri tutub. Komanda hesabında birinci yeri Rusiya millisi tutub (103 xal). Qazaxıstan 2-ci (103 xal), ABŞ isə (94 xal) 3-cü olub.

Digər Xəbərlər
Xəbər Lenti