DÇ: Cəbrayıl Həsənovla Şərif Şərifov finalda uduzdu - FOTOLAR

22 Sentyabr 2019 18:32 Güləş 2 316
DÇ: Cəbrayıl Həsənovla Şərif Şərifov finalda uduzdu - FOTOLAR

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, dünən finala adlayan iki sərbəst güləşçimiz bu gün həlledici qarşılamalarına çıxıb. Təəssüf ki, finala vəsiqə qazanan güləşçilərimizin hər ikisi həlledici qarşılaşmada məğlub olub.

79 kq çəkidə yarışan dünya ikincisi, Avropa çempionu Cəbrayıl Həsənov həlledici görüşdə ABŞ idmançısı, 2018-ci ildə dünya çempionu Kayl Deyklə üz-üzə gəlib. Lakin zəif təsir bağışlayan güləşçimiz 2:4 hesabı ilə məğlub olaraq amerikalı idmançıdan yenə revanş ala bilməyib. Deyk güləşçimizə Dünya Kubokunun ABŞ - Azərbaycan finalında 5:3, ötən il Macarıstanda keçirilmiş DÇ-nin finalında isə 2:0 hesabı ilə qalib gəlmişdi.

-------------------------------------------------------------------------------------------------

97 kq çəkidə mübarizə aparan olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov isə Rusiyanı təmsil edən Abdulrəşid Sadullayevla üz-üzə gəlib. Olimpiya çempionumuz üç dəfə dünya, 3 dəfə Avropa çempionu olmuş həmyerlisinə müqavimət göstərə bilməyib - 0:4.

79 kq

FİNAL - Cəbrayıl Həsənov - Kayl Deyk (ABŞ) 2:4

-----------------------------------------------------------------------------------------------

97 kq

FİNAL - Şərif Şərifov - Abdulrəşid Sadullayev (Rusiya) 0:4

---------------------------------------------------------------------------------------------

Dünya çempionatının geridə qalan 8 günündə yığmamız yalnız ümumilikdə 6 medal qazandı. Yunan-Roma güləşində 82 kq-da Rafiq Hüseynov gümüş, 55 kq-da Eldəniz Əzizli bürünc, sərbəst güləşdə 50 kq çəkidə Mariya Stadnik qızıl, Cəbrayıl Həsənovla (79) Şərif Şərifov (97) gümüş, və 65 kq-da Elis Manolova isə 3-cü olub.

----------------------------------------------------------------------------------------------------

Azərbaycan bu dünya çempionatında "Tokio-2020" olimpiadasına yalnız iki lisenziya əldə edib. Sərbəst güləşçilərimiz - Mariya Stadniklə (50) Şərif Şərifov (97) yayda Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmək şansı qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti