Rusiyalı güləşçi Hacı Əliyevlə qalmaqallı görüşündən danışdı

21 Sentyabr 2019 16:41 Güləş 2 587
Rusiyalı güləşçi Hacı Əliyevlə qalmaqallı görüşündən danışdı

Rusiyalı güləşçi Hacımurad Rəşidov Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilən dünya çempionatında Hacı Əliyevlə qalmaqallı görüşündən danışıb.

Sportinfo.az xəbər verir ki, 65 kq çəki dərəcəsində güləşən pəhləvan "wrestus.ru" saytına müsahibəsində Azərbaycan idmançısına qarşı fəndi kortəbii şəkildə etmədiyini bildirib:

"Bu görüşdə qabırğamdan zədələnmişdim. Ayağa qalxa bilmirdim, yerdə uzanmışdım. Amma bilirdim ki, mübarizə aparmaq və qələbə qazanmaq lazımdır. Ona görə də misirli rəqiblə mübarizə çox çətin keçdi. Hesabda 0:3 geri düşdükdən sonra sanki ayıldım. Əliyevlə görüşə gəlincə, sonda etdiyim fəndin alınacağını gözləmiridm. Çünki rəqibin qolları uzun idi. Amma özümü itirmədim və nəzarəti əldə saxladım. Həmin fəndi boşuna etmədim".

Rəşidov dünya çempionatında qarşılaşdığı rəqiblərin hamısının güclü idmanılar olduğunu vurğulayıb: "Zəif rəqib yoxdur. İlk cəhd hər zaman ağır olur. Hələ burada rəqib titullu Hacı Əliyevdirsə, hər şey ikiqat çətinləşir. Daha sonra yaponiyalı dünya çempionu, ardınca İsmail Musukayev... Ümumiyyətlə, asan görüş olmadı".

Digər Xəbərlər
Xəbər Lenti