Hacı Əliyev hakimə necə qırmızı vərəqə göstərdi? - VİDEO

19 Sentyabr 2019 12:03 Güləş 1 209
Hacı Əliyev hakimə necə qırmızı vərəqə göstərdi? - VİDEO

Xəbər verdiyimiz kimi, Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatında bu gün xalça üzərinə çıxan sərbəst güləşçimiz Hacı Əliyev qalmaqal yaşayıb.

Sportinfo.az xəbər verir ki, rusiyalı ikiqat Avropa çempionu, son iki dünya çempionatının gümüş mükafatçısı Hacımurad Rəşidovla qarşılaşan Hacı ilk hissədə hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1.

Bundan sonra görüşdə qalmaqal baş verib. Qarşılaşmanın sonunda rus pəhləvanı hesabda önə çıxıb - 3:2. Ardınca Əliyev daha 2 fəndlə hesabı xeyrinə dəyişib.

Lakin Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib və qələbə Hacının rəqibinə verilib - 2:4.

Hacı isə hakimlərlə razılaşmayaraq qırmızı vərəqəni onlara tərəf atıb. Hakimlər də cavabında Hacı Əliyevə qırmızı vərəqə göstərərək onu diskvalifikasiya ediblər. İdmançımız daha sonra hakimlərin üzərinə hücum çəkmək istəsə də, yerli polis bunun qarşısını alıb.

Digər Xəbərlər
Xəbər Lenti