DÇ-2019: Mariya Stadnik 2-ci dəfə dünya çempionu oldu!!!

18 Sentyabr 2019 16:35 Güləş 650
DÇ-2019: Mariya Stadnik 2-ci dəfə dünya çempionu oldu!!!

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı davam edir. Bu gün mundial Azərbaycan üçün daha əlamətdar olub. Sərbəst güləşçimiz Mariya Stadnik 50 kq çəki dərəcəsində final görüşünə çıxıb. 5-ci dəfə mundiallarda həlledici görüşə çıxan 31 yaşlı idmançımız rumın güləşçi üzərində inamlı qələbə qazanaraq 10 illik fasilədən sonra 2-ci dəfə dünya çempionu adına yiyələnib.

Sportinfo.az xəbər verir ki, 5-ci yarış günündə qadın güləşi üzrə 57, 59, 65 və 76 kq-da mübarizəyə start verilib.

76 kq-da mübarizə aparan və DÇ-yə təsnifat mərhələsindən başlayan Səbirə Əliyeva koreyalı rəqibinə 5:2 hesabı ilə qalib gələrək 1/8 finala çıxıb. Legioner güləşçimiz Alyona Kolesnik də bu mərhələni təmiz qələbə ilə keçib. O, ukraynalı güləşçiyə 5:0 hesabı ilə qalib gəlib. Təmsilçimiz Tatyana Omelçenko da startı əla verib.

Ardınca Səbirə Əliyeva ilə Alyona Kolesnik 1/8 finalda 0:11 hesabı ilə məğlub olublar. 59 kq-da yarışan Tatyana Omelçenko ilə 65 kq-da mübarizə aparan Elis Manolova isə 1/4 finala çıxıblar. Güləşçilərimiz rəqibləri finala vəsiqə qazana bilmədikləri üçün çıxışlarını başa vurublar.

1/4 finalda Omelçenko kanadalı rəqibi Linda Moraişə 4:6 hesabı ilə uduzub. Rəqib finala qədər irəlilədiyi üçün təmsilçimiz təsəlliverici görüşlərə qatılacaq.

1/4 finalda digər təmsilçimiz Elis Manolova türk güləşçi Kadriyə Aksoy üzərində təmiz qələbə qazanaraq yarımfinala çıxıb. Ancaq təəssüf, güləşçimiz rus rəqibinə 4:6 hesabı ilə uduzaraq finala çıxa bilməyib. Manolova sabah bürüc medal uğrunda yarışacaq.

57 kq

Təsnifat - Alyona Kolesnik - İrina Çixradze (Ukrayna) 5:0 (tuşe)

1/8 final - Alyona Kolesnik - İn Sun Yonq (Koreya Respublikası) 0:11

59 kq

Təsnifat - Tatyana Omelçenko - Ana Paulina Mokeyava (Yeni Zelandiya) 6:0 (tuşe)

1/8 final - Tatyana Omelçenko - Ti Huonq Dao (Vyetnam) 10:2

1/4 final - Tatyana Omelçenko - Linda Moraiş (Kanada) 4:6

Təsəlliverici görüş - Tatyana Omelçenko - Anjelina Lisak (Ukrayna) (19 sentyabr, saat 16:00)

65 kq

1/8 final - Elis Manolova - Kaur Navyot (Hindistan) 5:0 (tuşe)

1/4 final - Elis Manolova - Kadriyə Aksoy (Türkiyə) 5:0 (tuşe)

1/2 final - Elis Manolova - İnna Trajukova (Rusiya) 4:6

Bürünc medal görüşü - (19 sentyabr, saat 16:00) Elis Manolova -

76 kq
Təsnifat - Səbirə Əliyeva - Eunyu Hvanq (Koreya) 5:2

1/8 final Səbirə Əliyeva - Aline Rotter Fokker (Almaniya) 0:11

50 kq. Final

Saat 16:00 - Mariya Stadnik - Emiliya Alina Vuk (Rumıniya) 13:0

57 və 76 kq çəkidə 1-6-cı yerlər olimpiadaya lisenziya xarakterlidir və "Tokio-2020" Yay Olimpiya Oyunlarına vəsiqə qazandıracaq.

Dünya çempionatının geridə qalan 4 günündə yığmamız 3 medal qazanıb. Yunan-roma güləşində 82 kq-da Rafiq Hüseynov dünya ikincisi, 55 kq-da yarışan Eldəniz Əzizli isə 3-cü olub. Dünya və Avropa çempionumuz Mariya Stadnik də ən azı gümüş medalı təmin edib. 31 yaşlı idmançımız bu gün saat 16:00-da finalda rumıniyalı Emiliya Alina Vuk qarşılaşacaq.

Elman Muxtarov (63kq), Rəsul Çunayev (67kq), Sənan Süleymanov (72), İslam Abbasov (87) və Orxan Nuriyev (97kq) yunan-roma güləşində, Türkan Nəsirova (53 kq) isə sərbəst güləşdə mundialı məğlub başa vurub.

Qeyd: Tuşe - kürəyin yerə tam vurulmasıdır. Bu, təmiz qələbə hesab olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti