Qadınlar getdi, kişilər hələ hazırlaşır

30 Avqust 2019 22:22 Güləş 615
Qadınlar getdi, kişilər hələ hazırlaşır

Azərbaycanın güləş yığmaları Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatı öncəsi son hazırlıq prosesinə start verəcək.

Sportinfo.az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan sərbəst və yunan-Roma güləşi üzrə yığmalar gələn həftənin ilk günlərində mundial öncəsi son hazırlıq prosesinə başlayacaq.

Son toplanış Olimpiya Güləş Mərkəzində gerçəkləşəcək. Qadınlardan ibarət milli isə artıq Qazaxıstandadır.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında dünya çempionatında iştirak edəcək 8 qadın güləşçi bu gündən Qazaxıstan yığması ilə birgə Nur-Sultanda təlim-məşq toplanışına başlayıb. Məqsəd yerli mühitə uyğunlaşmaq və yarışa daha yaxşı hazırlaşmaqdır. Dünya çempionatı sentyabrın 14-dən 22-dək keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti