General dünya çempionumuzun rütbəsini artırdı

23 Avqust 2019 16:10 Güləş 768
General dünya çempionumuzun rütbəsini artırdı

Azərbaycanın sərbəst güləş üzrə millisinin üzvü, eyni zamanda Sərhəd Qoşunlarının zabiti olan Hacı Əliyevə növbəti hərbi rütbə verilib.

Sportinfo.az xəbər verir ki, o, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmri ilə baş leytenant rütbəsinə layiq görülüb.

Bunadək leytenant rütbəsini daşıyan üçqat dünya və Avropa çempionu olan güləşçimizə növbəti rütbəsi vaxtından əvvəl verilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti