Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, avqustun 24-dək davam edəcək hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub. Komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.

