Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi

3 Avqust 2019 00:40 Güləş 586
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi

Azərbaycanın iki yunan-Roma güləşçisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasındakı dünya çempionatında finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, bunlar 48 kq-da mübarizə aparan Ziya Babaşov və 55-dakı Nihat Məmmədlidi.

Babaşov ardıcıl olaraq Bolqarıstan, Cənubi Afrika Respublikası və Hindistan idmançılarından güclü olub. O, qızıl medal uğrunda görüşdə iranlı Əmirrza Məhəmmədrzanın müqavimətini qırmağa çalışacaq.

Məmmədli isə Ukrayna, Türkiyə, Belarus, Özbəkistan güləşçilərinə şans verməyib. O, həlledici dueldə Hindistan idmançısı Pravin Panduranqla görüşəcək.

65 kq-da çıxış edən Xasay Həsənli 1/4 finalda iranlı Höcət Həsənə uduzub.

Dünya çempionatında sərbəst güləşçilərdən Cəbrayıl Hacıyev (65 kq) qızıl, Murad Haqverdiyev (45 kq) isə bürünc medal əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti