Avqustun 2-dən 4-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Yon Kornianu və Ladislav Simonun adına həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
Sportinfo.az xəbər verir ki, ölkəmizi bu yarışda 3 yunan-Roma güləşçi təmsil edəcək.
Məşqçi Emin Əhmədovun rəhbərliyi altında ənənəvi turnirdə dünya çempionları Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (72 kq), eləcə də Beka Kandelaki (130 kq) təmsil edəcək.

