Azərbaycan yığması beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazandı

26 Mart 2018 00:10 Güləş 603
Azərbaycan yığması beynəlxalq turnirdə 2 qızıl, 2 bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə 56-cı “Dan Kolov - Nikola Petrov” beynəlxalq turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçiləri turniri 2 qızıl, 2 bürünc medalla başa vurub.

İlk yarış günündə yunan-Roma güləşçisi Rəsul Çunayev (72 kq) qızıl, qadın güləşçi Elis Manolova (65 kq) bürünc medal qazanıb.

Bu gün isə qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl, yunan-Roma güləşçisi Elman Muxtarov (67 kq) bürünc medala sahib olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti