Fazil Məmmədov baş katibi vəzifəsindən azad etdi

26 Yanvar 2018 08:36 Güləş 746
Fazil Məmmədov baş katibi vəzifəsindən azad etdi

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun əmri ilə federasiyanın baş katibi Rəşad Əlizadə tutduğu vəzifədən azad edilib.

Sportinfo.az xəbər verir ki, Fazil Məmmədov bu vəzifəyə əvvəllər idman şöbəsinin rəisi işləmiş Orxan Məmmədovu təyin edib.

O, güləş üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi və mükafatçısıdı. Orxan Məmmədov idman ustasıdır, Azərbayvanın əməkdar məşqçisidi.

Bundan öncə sabiq vergilər naziri Fazil Məmmədov Firdovsi Umudovu Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti vəzifəsinə təyin etmişdi. Bu vəzifədə o, Sahib Ələkbərovu əvəz etmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti