Bizdən iki nəfər fəxri kürsüyə qalxdı, Elvin qızıl medal qazandı

03:50 Güləş 95
Bizdən iki nəfər fəxri kürsüyə qalxdı, Elvin qızıl medal qazandı

Bolqarıstanın Samokov şəhərində keçirilən U15 Avropa çempionatı sona yaxınlaşır.

Sportinfo.az xəbər verir ki, dördüncü yarış günündə daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.

Elvin Necəfzadə (85 kq) finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib.

Həmyerlimiz 1:4 hesabıyla geridə olsa da, əzmkarlıq göstərərək geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanan sərbəst güləşçimiz Avropa çempionu olub.

Gülay Xasməmmədova (36 kq) isə həlledici görüşdə rusiyalı Yelizaveta Kirillovaya “tuş”la məğlub olaraq gümüş medalı boynundan asıb.

Beləliklə, güləşçilərimizin cari yarışda medallarının sayı 6-ya çatıb. Bunlar 4 qızıl, 1 gümüş və 1 bürünc medaldan ibarətdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA
23 May 02:50 “Şəfa”QIZILLANDI