Mikayıl Cabbarov: "Azərbaycan komandası tarixində növbəti parlaq səhifə yazdı"

08:50 Güləş 110
Mikayıl Cabbarov: "Azərbaycan komandası tarixində növbəti parlaq səhifə yazdı"

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanan Azərbaycan komandası tarixində növbəti parlaq səhifə yazıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov özünün "X" hesabında bildirib.

"Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatında 13 medal (5 qızıl, 2 gümüş, 6 bürünc) qazanan komandamız tarixində növbəti parlaq səhifə yazdı.

Bu nəticə ilə həm yunan-Roma, həm də sərbəst güləş millimiz Avropa çempionu oldu. Sərbəst güləşçilərimiz isə medalların əyarına görə son 17 ilin ən yaxşı nəticəsinə imza atıb.

Bu əlamətdar uğur münasibətilə idmançılarımızı, onların məşqçilərini və ailələrini səmimi qəlbdən təbrik edir, Azərbaycan idmanının beynəlxalq arenada qazandığı bu qələbələrin davamlı olmasını arzulayıram", - deyə qurumun rəhbəri vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 18:10 Çək və bizə göndər!