Yığmamızın baş məşqçisini Avropada “ən yaxşı” seçdilər

27 Aprel 08:40 Güləş 627
Yığmamızın baş məşqçisini Avropada “ən yaxşı” seçdilər

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasnın rəsmi saytı məlumat yayıb.

Ötən il milli komanda X.Qazyumovun rəhbərliyi altında Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub.

Bu uğurları yüksək qiymətləndirən Avropa Güləş İttifaqı (UWW Europe) millimizin baş məşqçisini ilin ən yaxşı məşqçisi seçib.

Bu münasibətlə Avropa Güləş İttifaqının prezidenti Karl-Martin Dittmann Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında X.Qazyumova xüsusi mükafatı təqdim edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM