"Komandamız bu hesabla Avropanın ən güclüsü olub"

04:00 Güləş 84
"Komandamız bu hesabla Avropanın ən güclüsü olub"

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionatının bütün təlim-məşq toplanışlarında iştirak edib.

Sportinfo.az xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının böyük məşqçisi Nurəddin Rəcəbov Albanbiyada keçirilən Avropa çempionatından sonra Bakıya qayıdarkən hava limanında jurnalistlərə açıqlayıb.

"Komanda olaraq çox yüksək hazırlığımız keçib. Demək olar ki, ardıcıl olaraq bütün təlim-məşq toplanışlarında iştirak etdik. İdmançılarımız arasında zədəli olanlar da var idi". – o bildirib və əlavə edib ki, komanda olaraq qazanılan qələbə böyük əziyyətin nəticəsidir:

"Bu oyunlara böyük inamımız var idi. Fürsətdən istifadə edərək hər bir idmançımıza təşəkkür edirəm.

Komandamız bu hesabla Avropanın ən güclüsü olub. Bu güc idmançıların qazandığı xallar hesabına idi.

Bundan sonrakı yarışlara da ciddi hazırlaşıb, etdiyimiz səhvlər üzərində işləyəcəyik. Həsrət Cəfərov tarix yazıb. Onun o qədər böyük perspektivi var ki, o uğuru əldə etməli idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"