Qurbanova Avropada ölkəmizə bürünc qazandırdı

03:30 Güləş 73
Qurbanova Avropada ölkəmizə bürünc qazandırdı

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 qadın güləşçisi xalça üzərinə çıxıb.

Təmsilçimiz Günay Qurbanova (59 kq.) bürünc medal uğrunda görüşdə Marta Getmanovanaya (UWW) 7:5 hesabı ilə qalib gəlib.

Jalə Əliyeva (57 kq.) yarımfinalda türkiyəli Elvira Kamaloğluna 2:6 hesabıyla, Birgül Soltanova (65 kq.) isə yarımfinalda rusiyalı dünya ikincisi Alina Kasabiyevaya (UWW) 10:11 hesabıyla məğlub olub.

Hər iki güləşçimiz sabah bürünc medal uğrunda mübarizə aparacaq.

Ruzanna Məmmədova (62 kq.) isə 1/4 finalda rusiyalı Amina Tandelovaya (UWW) 0:5 hesabıyla məğlub olub.

Azərbaycan Avropa çempionatında indiyədək 5 medal qazanıb. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc mükafat əldə ediblər.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi komanda hesabında Avropa çempionu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"