Qurban Qurbanov çempionluqdan sonra: “Aramızda xoş bir rəqabət var” - VİDEO

02:20 Güləş 78
Qurban Qurbanov çempionluqdan sonra: “Aramızda xoş bir rəqabət var” - VİDEO

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) 2-ci dəfə Avropa çempionu olmağından danışıb.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycan Güləş Federasiyasının saytına açıqlamasında bu uğurlarla kifayətlənməyəcəyini deyib:

“İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım.

Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur.

Həsrət Cəfərov bu gün 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var.

Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!
23 Aprel 18:10 Çək və bizə göndər!
23 Aprel 04:50 "Bunlar bəhanə deyil"