Qurban Qurbanov ikinci dəfə Avropanı fəth etdi! - FOTO

23 Aprel 01:20 Güləş 428
Qurban Qurbanov ikinci dəfə Avropanı fəth etdi! - FOTO

Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, qitə birinciliyinin üçüncü günündə 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov finalda Türkiyə təmsilçisi Murad Fıratı 7:5 hesabı ilə məğlub edərək dördqat Avropa çempionu adını qazanıb.

Onun ardınca ötənilki turnirin qalibi Qurban Qurbanov (82 kq.) finalda Adlet Tülübayevə (UWW) 4:2 hesabıyla qalib gələrək ikiqat Avropa çempionu olub.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq.) bürünc medal uğrunda qarşılaşmada Suner Konunovu (UWW) 6:0 hesabı ilə üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qadınların yarışında isə Günay Qurbanova (59 kq.) yarımfinalda ukraynalı dünya mükafatçısı Mariya Vinnikə 2:6 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda Marta Getmanova (UWW) ilə üz-üzə gələcək.

Elnurə Məmmədova (50 kq.) isə təsnifat mərhələsində polşalı Aqata Qoluçovskaya məğlub olaraq turniri medalsız başa vurub.

Bundan öncə yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq.), Nihat Məmmədli (60 kq.) və İslam Abbasov (87 kq.) bürünc medal qazanıblar.

Cəfərov dördqat, Qurbanov ikiqat Avropa çempionu oldu!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!