“Çempionlar” turnirində üçüncü oldu - Bizim güləşçilər

03:30 Güləş 90
“Çempionlar” turnirində üçüncü oldu - Bizim güləşçilər

Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turniri başa çatıb.

Sportinfo.az xəbər verir ki, turnirin son günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb.

Sərbəst güləşdə Bəşir Verdiyevlə (65 kq) Yusif Dursunov (125 kq) gümüş, Muxamad Qantemirov isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə Tural Əhmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Sərbəst güləş üzrə millimiz turniri 119 xalla komanda hesabında 3-cü pillədə yer alıb.

Beləliklə, “Çempionlar” turnirində güləşçilərimiz ümumilikdə 13 (3 qızıl, 4 gümüş, 6 bürünc) medal əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 18:10 Çək və bizə göndər!