Beş azərbaycanlı ilk gündə medal əldə etdi - "Çempionlar" turnirində

04:00 Güləş 61
Beş azərbaycanlı ilk gündə medal əldə etdi - "Çempionlar" turnirində

Türkiyənin Antalya şəhərində U-20 yaş qrupu üzrə keçirilən "Çempionlar" turnirinin ilk günündə Azərbaycanın 5 güləşçisi fəxri kürsüyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq çempion olub. Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində Roman Kərimov (67 kq) rəqiblərinə şans tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəkidə çıxış edən Murad Əliyev bürünc medalı boynundan asıb. Cavidan Nəhmətov (77 kq) isə turniri gümüş medalla başa vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!