Azərbaycandakı yarışda biabırçı mənzərə - FOTOLAR

02:00 Güləş 76
Azərbaycandakı yarışda biabırçı mənzərə - FOTOLAR

Oğuz rayonunda yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.

Sportinfo.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, yarış bir sıra biabırçılıqlarla yadda qalıb.

Ən ciddi problemlərdən biri yarışın həkim olmadan keçirilməsidir. Hansı ki, Gənclər və İdman Nazirliyi həkim olmadan yarışın keçirilməsini qadağa edib.

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda problemlər təkcə bununla bitmir.

Qurumun taekvondo tatamisində güləş üzrə turnirin keçirməsi də diqqətdən qaçmayıb.

Bundan başqa, yeniyetmə və gənclərin güləş geyim qaydalarına da ciddi əməl etmədiyi fotolardan aydın olur.

Kimisi corabda, kimisi ayaqyalın, kimisi idman şalvarında, kimisi də “barsovka”da…

Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!