Antalyada "Zəfər Kuboku"nun ilk günündə dörd medal əldə etdik

03:40 Güləş 77
Antalyada "Zəfər Kuboku"nun ilk günündə dörd medal əldə etdik

Azərbaycan güləşçiləri Türkiyənin Antalya şəhərində keçirilən "Zəfər Kuboku"nun ilk günündə dörd medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

U-17 yaş kateqoriyasında sərbəst güləşdə İbrahim Həsənov (51 kq) bütün rəqiblərini üstəliyərək qızıl medalın sahibi olub.

Yunan-Roma güləşçilərimiz isə ilk yarış günündə 1 dəst medal qazanıblar. 51 kq-da Hüseyn Mustafazadə ikinci, İlkin Qurbanov üçüncü yeri tutub. Rəqiblərinə şans tanımayan Əli Məmmədov (71 kq) isə çempion olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!