“Federasiyadakı fəaliyyətimlə bağlı dəyişiklik olacaq”

26 Mart 02:40 Güləş 592
“Federasiyadakı fəaliyyətimlə bağlı dəyişiklik olacaq”

Bu yaxınlarda Azərbaycan Güləş Federasiyasındakı fəaliyyətimlə bağlı dəyişiklik olacaq.

Sportinfo.az xəbər verir ki, bu sözləri hazırda Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru vəzifəsində çalışan Hacı Əliyev deyib.

Veteran güləşçi xəbərin tezliklə ictimaiyyətə açıqlanacağını bildirib:

“Təbii ki, hər kəs özü üçün ən yaxşısını arzulayır. Harada çalışacağım önəmli deyil.

Məqsədim Azərbaycan güləşinə faydalı olmaqdır və bunun üçün səylə çalışacam”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM