"Əziyyətimin bəhrəsini gördüm"

24 Mart 08:20 Güləş 733
"Əziyyətimin bəhrəsini gördüm"

"Rəqiblərimin hər biri təcrübəli idi".

Sportinfo.az xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev deyib.

82 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı xoşbəxt olduğunu bildirib:

“Turnirə ciddi hazırlaşmışdım. Əziyyətimin bəhrəsini gördüm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.

O, növbəti hədəfləri barədə də danışıb: “Qarşıda gənclər arasında Avropa çempionatı var.

Daha sonra dünya çempionatları var. Hər birində iştirak etməyə çalışacağam. Məşqçilərim məsləhət görsələr, böyüklərin yarışında da çıxış edəcəyəm”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM