“Müəyyən səhvlərə yol verdim, qazana bilmədim, ondan revanş alacam”

02:10 Güləş 93
“Müəyyən səhvlərə yol verdim, qazana bilmədim, ondan  revanş alacam”

"Müəyyən səhvlərə yol verdiyim üçün qızıl medal qazana bilmədim".

Sportinfo.az xəbər verir ki, bu sözləri Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı (55 kiloqram ) deyib.

O, rusiyalı rəqibi Alibek Amirovdan gələcəkdə revanş alacağını söyləyib:

"Səhvlərim üzərində işləyib qarşıdakı dünya çempionatında daha yaxşı olmaq istəyirəm. Orada qızıl medal əldə etməyi hədəfləyirəm".

Azərbaycan U-23 Avropa çempionatında indiyədək ümumilikdə 13 medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?