Azərbaycanda daha bir dünya çempionatı keçiriləcək - Bu yay

03:50 Güləş 100
Azərbaycanda daha bir dünya çempionatı keçiriləcək - Bu yay

Azərbaycan bu yay daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək.

Sportinfo.az xəbər verir ki, avqustun 27-dən 29-dək Bakıda çimərlik güləşi üzrə 2 beynəlxalq turnir keçiriləcək.

Avqustun 27-də paytaxtımızda U17 dünya çempionatı baş tutacaq. Növbəti 2 gündə isə böyüklər arasında Dünya Seriyasının IV mərhələsi təşkil ediləcək. Hər iki yarış ölkəmizdə ilk dəfə keçiriləcək.

Bakı iyulun 27-dən avqustun 2-dək sərbəst, qadın və yunan-Roma güləşi üzrə U17 dünya çempionatına da ev sahibliyi edəcək.

Beləliklə, yay mövsümündə paytaxtımız dünya güləşinin mərkəzlərindən birinə çevriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti