Ruzanna Məmmədova bu dəfə Avropa ikincisi oldu

14 Mart 03:40 Güləş 426
Ruzanna Məmmədova bu dəfə Avropa ikincisi oldu

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədova finalda rusiyalı Amina Tandelova ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Bununla da Ruzanna Məmmədova Avropa ikincisi olub.

Azərbaycan Avropa çempionatında indiyədək 2-si qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyun 18:10 Çək və bizə göndər!