Yığmamız Avropada yalnız Rusiyadan geri qaldı, ikinci yer tutdu

04:50 Güləş 88
Yığmamız Avropada yalnız Rusiyadan geri qaldı, ikinci yer tutdu

U-23 Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi 1 qızıl, 4 gümüş və 3 bürün medal qazanıb.

Komanda 170 xalla Avropa ikincisi olub. Yığmamız yalnız Rusiyadan (199) geri qalıb və 3-cü yeri tutan Ermənistanı 54 xal qabaqlayıb.

170 xal U-23 yaş qrupu üzrə Avropa çempionatlarında sərbəst güləş üzrə millimizin ən yüksək xal göstəricisidir.

Medal qazanan Azərbaycan güləşçiləri

Ali Tsokayev (92 kq)
Vasif Bağırov (57 kq)
Ceyhun Allahverdiyev (61 kq)
Səbuhi Əmiraslanov (79 kq)
Yusif Dursunov (125 kq)
Musa Ağayev (65 kq)
Ramik Heybətov (70 kq)
Zəfər Əliyev (97 kq)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti