Milli komandalarımızın yeni məşqçiləri - Onların adları

04:10 Güləş 60
Milli komandalarımızın yeni məşqçiləri - Onların adları

Yunan-Roma güləşində gənclər, yeniyetmələr və kiçikyaşlı yeniyetmələr üzrə milli komandaların tərkibi yenidən formalaşıb.

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, U-20 milli komandanın böyük məşqçisi vəzifəsinə Turac Hüseynli təyin edilib.

Emin Əhmədov, Həsən Əliyev, Akif Əliyev və Elvin Mürsəliyev köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək.

U-17 milli komandanın böyük məşqçisi vəzifəsinə Rafiq Hüseynov təyin edilib. Məşqçilər heyətində Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədov da yer alıb.

U-15 milli komandada böyük məşqçi vəzifəsini isə Taleh Məmmədov yerinə yetirəcək. Bu komandada digər məşqçilər İlham Vezirov, Azad Əliyev və Fuad Aydınlı olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Fevral 18:10 Çək və bizə göndər!