Azərbaycanın dünya çempionu əməliyyat olundu - 4-6 ay sonra...

5 Fevral 03:30 Güləş 825
Azərbaycanın dünya çempionu əməliyyat olundu - 4-6 ay sonra...

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Çiyin nahiyyəsindən uğurlu əməliyyat keçirən güləşçimiz 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.

Bildirilib ki, Qənizadə 4-6 ay sonra yarışlarda iştirak edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM