Federasiya rəhbərliyi Qarabağa səfər etdi - FOTOLAR

04:30 Güləş 63
Federasiya rəhbərliyi Qarabağa səfər etdi - FOTOLAR

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyi Qarabağa səfər edib.

Sportinfo.az xəbər verir ki, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev, Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, yunan-Roma güləşi üzrə koordinator Rafiq Hüseynov Şuşa və Xankəndidə görüşlər keçirib.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində, Şuşa şəhər məktəbində və Qarabağ Universitetində olan federasiyanın funksionerləri həmin məkanlarda rəsmi şəxslərlə yanaşı, məktəblilər və tələbələrlə görüşüb.

Azərbaycan idmanında uğurlarıyla parlaq iz qoymuş N.Abdullayv, F.Mansurov və R.Hüseynov öz karyeralarından danışıb, yeniyetmə və gənclərin suallarını cavablandırıb və tövsiyələrini çatdırıblar.

Güləş Federasiyası bu tip motivasiya xarakterli görüşləri sistemli şəkildə davam etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Yanvar 18:10 Çək və bizə göndər!