Federasiya mübahisəli epizodlarla bağlı bu yeniliyə əl atdı - VİDEO

05:00 Güləş 67
Federasiya mübahisəli epizodlarla bağlı bu yeniliyə əl atdı - VİDEO

Azərbaycan Güləş Federasiyası yeni layihəyə start verib.

Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, bundan sonra ölkədaxili yarışlardan sonra müxtəlif görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətiriləcək.

Bu mənada ilk belə yarış 7-11 yanvarda Bakı İdman Sarayında keçirilmiş yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı olub. Həmin yarışın baş hakimi Asif Şirəliyev bəzi görüşlərdə qeydə alınmış mübahisəli epizodlara aydınlıq gətirib.

Bu layihənin icrasında məqsəd bu sahədə şəffaflığı təmin etmək, güləş qaydalarıyla bağlı maarifləndirməni artırmaqdan ibarətdir. AGF bu istiqamətdə müxtəlif tədbirləri həyata keçirməyi planlaşdırır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 16:10 Çək və bizə göndər!