Millimizin üzvləri Bakıda tibbi testlərdən keçdilər - VİDEO

02:40 Güləş 88
Millimizin üzvləri Bakıda tibbi testlərdən keçdilər - VİDEO

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan millisinin üzvləri İdman Akademiyasında yerləşən, ən müasir cihazlarla təmin edilmiş İdman Tibbi Tədqiqatları Laboratoriyasında müxtəlif parametrlər üzrə testlərdən keçiblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Xüsusi aparatlar vasitəsilə güc və dözümlülük göstəriciləri, oksigenin əmsallığı, bədəndə fəallığın və yağlılığın faizi, balans qabiliyyəti, əzələ kütləsinin inkişafı təhlil edilib.

İdman üçün vacib olan detallar ölçülüb, cihazlardan keçirdilib və hər bir idmançının orqanizminin mövcud durumu ilə bağlı məşqçilər korpusuna praktiki məlumat verilib.

Bütün bunlarla yanaşı, idmançılar psixoloji testlərdən keçiblər. Psixoloji test idmançının zəif nöqtələrini qiymətləndirir.

Bu laborotoriyada testlərin keçirilməsi hər bir milli üzvünün orqanizmini optimal təhlil etmək, diaqnoz qoymaq və təlim-məşq toplanışlarında qeydə alınmış çatışmazlıqları aradan qaldırmaq istiqamətində müvafiq addımlar atmağa imkan verir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"
19 Yanvar 03:10 Sonda "Abşeron” da uddu
19 Yanvar 03:00 Evlənirlər - FOTOLAR