“Neftçi”nin şərəfini qoruyan qardaşlar: “Fikirləşirdim ki, onu necə udum?” - VİDEO

01:00 Güləş 85
“Neftçi”nin şərəfini qoruyan qardaşlar: “Fikirləşirdim ki, onu necə udum?” - VİDEO

Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında nadir rast gəlinən maraqlı hadisə yaşanıb.

Yarışın 97 kiloqram çəki dərəcəsində keçirilən final görüşündə “Neftçi” İdman Klubunun üzvləri olan iki qardaş – Murad və

Məhəmməd Əhmədiyevlər qızıl medal uğrunda üz-üzə gəliblər.

Sportinfo.az xəbər verir ki, hər iki güləşçi yarışdan sonra təəssüratlarını Baku TV ilə bölüşüb.

“Hamı kənardan deyir ki, Məhəmməd bilərəkdən mənə uduzub, amma belə bir şey yoxdur. Biz normal şəkildə güləşdik.

Birinci setdə qardaşım öndə idi, ikinci setdə isə çevirmə fəndi edərək qalib gəldim.

O, çox yaxşı hazırlaşmışdı və mən inanırdım ki, finala qədər yüksələcək. Evdə də “finalda qardaşım olsa, onu necə udum?” deyə fikirləşirdim. Orada qardaş keçmir. Deyirdim, bəlkə, orada şou göstərək?”, – Murad Əhmədiyev deyib.

“Qardaşımın nəticələri məndən daha yüksəkdir. Çox adam deyirdi ki, sən böyük qardaşsan, bəlkə, sən qalib gələsən.

Amma döşəyə çıxanda bunların heç bir əhəmiyyəti olmur, orada sadəcə güləşmək lazımdır”, – deyə Məhəmməd Əhmədiyev bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 20:00 Çək və bizə göndər!
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?
11 Yanvar 00:50 "Buna aldanmaq olmaz"
10 Yanvar 22:40 "Araz-Naxçıvan"dan 7 qol